Musa Qurbanlının komandası uduzdu

19:13 - 13 Avqust 2023

Musa Qurbanlının komandası uduzdu

Azərbaycan millisinin üzvü Musa Qurbanlının da formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 19-cu tur oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, komanda səfərdə "Qoteburq"la üz-üzə gəlib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Musa matçın 88-ci dəqiqəsində, komandası hesabda geri olduğu (1:2) vaxt meydana daxil olub.

"Yurqorden" bu nəticədən sonra turnir cədvəlində 33 xalla 4-cüdür. 

Xatırladaq ki, M.Qurbanlı bu ilin iyul ayının 5-də "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.

İsveç çempionatı, 19-cu tur

17:00. "Qoteburq" - "Yurqorden" - 2:1

Qollar: Milleskoq, 20 (0:1), Mukolli, 77 (1:1), Berq, 86

Baş hakim: Andres Ekberq

"Qamia Ullevi" stadionu


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az