“Mançester Siti” 18 yaşlı futbolçu ilə müqaviləni daha 5 il uzatdı

16:18 - 15 Avqust 2023

“Mançester Siti” 18 yaşlı futbolçu ilə müqaviləni daha 5 il uzatdı

İngiltərə Premyer Liqa təmsilçisi "Mançester Siti" 18 yaşlı ingilis müdafiəçi Riko Lyuislə müqaviləni 2028-ci ilə qədər uzadıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə klubdan yazılı açıqlama verilib.

Riko Lyuis "Mançester Siti" ilə daha 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, ingilis müdafiəçi 8 yaşında “Mançester Siti"nin akademiyasına qatılıb. Daha sonra yaş qrupları üzrə irəliləyişlə komandanın məşqçisi Pep Qvardiolanın A komandasına daxil edilib.

Aygün

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az