PSJ-nin futbolçusu Neymarın "Əl-Hilal"a keçidi rəsmiləşib.
Manset.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanını klubu məlumat yayıb. Braziliyalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
"Əl-Hilal"ın bu transfer üçün PSJ-yə 100 milyon avro təzminat ödəyəcəyi haqda xəbərlər yayılıb.
Qeyd edək ki, 2017-ci ildə "Barselona"dan PSJ-yə keçən Neymar ötən mövsüm Paris klubunda 29 oyunda 18 qol vurub, 17 qolun ötürməsini edib.