Çempionlar Liqasında günün NƏTİCƏLƏRİ

09:57 - 16 Avqust 2023

Çempionlar Liqasında günün NƏTİCƏLƏRİ

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

 

Manset.az xəbər verir ki, II raundda Azərbaycan çempionu “Qarabağ”ı üstələyən Polşa təmsilçisi “Rakuv” növbəti rəqibi olan Kipr “Aris”ini hər iki görüşdə məğlub edərək pley-offa yüksəlib.

Yalnız Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya “Dinamo”su mərhələnin ilk matçını keçirib. Zaqreblilər öz meydanında Yunanıstan AEK-inə minimal hesabla uduzublar. Emreli komandası hesabda öndə olarkən, fasilədən sonra meydana daxil olub. “Dinamo” ilə AEK arasında cavab matçı avqustun 19-da keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

“Aris” (Kipr) – “Rakuv” (Polşa) – 0:1 (ilk oyun 1:2)

“Makkabi” (Hayfa, İsrail) – “Slovan” (Slovakiya) – 3:1 (2:1)

“Molde” (Norveç) – “Klaksvik” (Farer adaları) – 2:0 (1:2)

“Sparta” (Çexiya) – “Kopenhagen” (Danimarka) – 3:4 (0:0)

“Qalatasaray” (Türkiyə) – “Olimpiya” (Sloveniya) – 1:0 (3:0)

TSC (Serbiya) – “Braqa” (Portuqaliya) – 1:4 (0:3)

“Servett” (İsveçrə) – “Reyncers” (Şotlandiya) – 1:1 (1:2)

“Şturm” (Avstriya) – PSV (Niderland) – 1:3 (1:4)

“Marsel” (Fransa) – “Panatinaikos” (Yunanıstan) – 2:1, penaltilərlə - 3:5 (0:1)

İlk oyun: “Dinamo” (Zaqreb, Xorvatiya) – AEK (Yunanıstan) – 1:2

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-23-də və 29-30-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az