"Qarabağ"ın pley-offdakı mümkün rəqibi dəqiqləşdi

11:09 - 16 Avqust 2023

\"Qarabağ\"ın pley-offdakı mümkün rəqibi dəqiqləşdi

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibi dəqiqləşib.

 

Manset.az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi III raundda Finlandiya HİK-ini mübarizədən kənarlaşdıra bilsə, Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

Buna sloveniyalıların UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Türkiyə "Qalatasaray"ına uduzması səbəb olub - 0:3, 0:1.

"Köhlən atlar" pley-offa yüksəlsə, ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, HİK - "Qarabağ" matçı avqustun 17-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Ağdam klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az