"Barselona"nın yeni idman direktoru rəsmiləşdi

18:06 - 16 Avqust 2023

\"Barselona\"nın yeni idman direktoru rəsmiləşdi

"Barselona"nın yeni idman direktoru rəsmiləşib.

 

Manset.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Kataloniya təmsilçisinin idman diretoru vəzifəsi Dekoya tapşırılıb. Portuqaliya millisinin və "Barselona"nın 45 yaşlı sabiq futbolçusu ilə 3 illik müqavilə imzalanıb.

Deko bu vəzifədə yay transfer pəncərəsi bağlandıqdan sonra - sentyabrın 2-də vəzifəsindən azad ediləcək Mateu Alemanini əvəzləyib. O vaxta qədər sözügedən şəxslər birlikdə işləyəcəklər.

Qeyd edək ki, Deko 2004-2008-ci illərdə "Barselona"nın formasını geyinib. O, klubla 5 kubok qazanıb. Deko karyerasını başa vurduqdan sonra futbol agenti kimi işləyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az