Bakıda atıcılıq üzrə dünya çempionatında qadınlar arasında qaliblər müəyyənləşdi

16:22 - 20 Avqust 2023

Bakıda atıcılıq üzrə dünya çempionatında qadınlar arasında qaliblər müəyyənləşdi

Atıcılıq idmanı üzrə dünyada son 5 ilin ən böyük hadisəsi Bakıda davam edir.

 

Manset.az xəbər verir ki, dünya çempionatının bugünkü final yarışları 25 metr məsafəyə tapançadan atəş üzrə qadınların mübarizəsi ilə başlayıb.

Yarışın qızıl medalına 40 xalla Almaniya təmsilçisi Doren Vennekamp sahiblənib.

Ukrayna yığması dünya çempionatında ilk medalını əldə edib. Ukraynalı Olena Kosteviç 31 xalla öz komandasına gümüş medal qazandırıb. 25 xalla bürünc medala yiyələnən Latviya atleti Aqate Rasmane komandasının bu dünya çempionatında ilk uğuruna səbəb olub.

Bu yarışda finala düşmüş Latviya, Tailand, Cənubi Koreya və Çin Taypeyi komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiadasında iştiraka lisenziya qazandırıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az