“Qarabağ” “Kopenhagen”dən daha yaxşı komandadır” - “Rakuv”un futbolçusu

13:59 - 23 Avqust 2023

“Qarabağ” “Kopenhagen”dən daha yaxşı komandadır” - “Rakuv”un futbolçusu

Polşanın “Rakuv” klubunun yarımmüdafiəçisi Fran Tüdorun fikrincə, Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində qalib gəldikləri (3:2, 1:1) “Qarabağ” turnirin pley-offunda məğlub olduqları (0:1) Danimarka “Kopenhagen”indən daha güclü komandadır.

 

Manset.az xəbər verir ki, futbolçu dünən baş tutan görüşdən sonra jurnalistlərə açıqlamasında Azərbaycan çempionuna qarşı daha çox çətinlik çəkdiklərini qeyd edib.

“Kopenhagen”ə böyük hörmətimi ifadə etməklə yanaşı, qeyd etməliyəm ki, “Qarabağ” onlardan daha yaxşı komandadır. Mən Danimarka klubu ilə oyunda hiss etdim ki, bizim növbəti mərhələyə keçmək şansımız var. Heyif ki, biz doğma meydanımız Çenstoxovada oynamadıq (“Rakuv”un stadionu ÇL-in pley-off oyunları üçün tələblərə cavab vermədiyindən matç Polşanın başqa bir şəhəri Sosnovetsdə keçirilib - red.). Biz orada özümüzü daha yaxşı hiss edirdik. Odur ki, bu stadion hər iki komanda üçün neytral meydan kimi idi”, - F.Tüdor deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az