“Tottenhem” “Bornmut” üzərində qələbə qazandı

20:01 - 26 Avqust 2023

“Tottenhem” “Bornmut” üzərində qələbə qazandı

İngiltərə Premyer Liqasının III turunda “Bornmut”un qonağı olan “Tottenhem” iki qolla qalib gəlib (2:1).

 

Manset.az Report-a istinadən xəbər verir ki, London təmsilçisinin qollarını 17-ci dəqiqədə Ceyms Meddison, 63-cü dəqiqədə isə Deyan Kuluşevski vurublar.

Qələbə “Tottenhem”i zirvəyə yüksəldib.

Lakin 7 xalı olan komanda 6 xala malik “Brayton”, “Arsenal” və “Mançester Siti”dən bir oyun artıq keçirib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az