Gürcü hücumçu 16 milyon avroya “Ayaks”a keçdi

17:50 - 30 Avqust 2023

Gürcü hücumçu 16 milyon avroya “Ayaks”a keçdi

Niderlandın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Amsterdam təmsilçisi Fransa “Mets”indən Jorji Mikautadzeni transfer edib.

Məlumatı klubun saytı yayıb.22 yaşlı gürcü hücumçu ilə beşillik müqavilə imzalanıb. “Ayaks” forvard üçün qarşı tərəfə 16 milyon avro ödəyib.

Futbolun sirlərinə Fransada yiyələnmiş Gürcüstan millisinin üzvü bu mövsüm “Mets”in heyətində üç matçda iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az