İngiltərənin “Çelsi” klubu futbolçusu Romelu Lukakunu icarəyə verib.
Manset.az xəbər verir ki, belçikalı forvard mövsümün sonuna qədər İtaliya “Roma”sının formasını geyinəcək. Məlumatı “canavarlar”ın mətbuat xidməti yayıb.
Müqaviləyə satınalma bəndi daxil edilməyib.
Qeyd edək ki, Lukaku ötən mövsümü də İtaliyada keçirib. 30 yaşlı futbolçu “İnter”də oynayıb.