Türkiyənin 2 klubu Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazandı

08:00 - 01 Sentyabr 2023

Türkiyənin 2 klubu Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazandı

Türkiyənin iki klubu UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.

Manset.az-ın məlumatına görə, “Fənərbağça” və “Beşiktaş” pley-off mərhələsində rəqibini üstələyiblər.

“Fənərbağça” öz meydanında 5:1 hesabı ilə məğlub etdiyi Niderland klubu “Tvente”yə səfərdə də qalib gəlib. Edin Dzekonun yeganə qolu İstanbul nəhənginə 1:0 hesablı qələbə qazandırıb.

Ukraynanın “Dinamo” (Kiyev) klubundan səfərdə güclü olan “Beşiktaş” (3:2) Türkiyədəki cavab görüşündə də üstünlüyün qorumağı bacarıb. “Ağ-qaralar” Vensan Abubakarın qolu sayəsində 1:0 hesablı qalibiyyətə seviniblər.

Türkiyənin digər təmsilçisi “Adana Dəmirspor” isə doğma arenasında Belçika “Genk”ini qəbub edib. Belçikadakı ilk matçda yerli komanda 2:1 hesabı ilə qalib gəlmişdisə, bu dəfə adanalılar rəqibi eynifərqli hesabla (1:0) məğlub ediblər. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan “Genk” yoluna davam edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az