"Milan" son uğursuzluqlara baxmayaraq, komandanın baş məşqçisi Stefano Piolini istefaya göndərməyi düşünmür.
Manset.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
A seriyası təmsilçisi Çempionlar Liqasınınqrup mərhələsində PSJ-yə 0:3 hesabı ilə uduzub. Komanda hazırda F qrupunda 2 xalla sonuncudur.
Bu cür uğursuzluqlar klub rəhbərliyinin italiyalı mütəxəssisə inamını sarsıtmayıb və bu səbəbdən onun istefası məsələsinə baxılmır. Ona görə də rəhbərlik ba məşqini istefaya göndərməmək qərarına gəlib.
"Milan" növbəti matçını "Napoli"yə qarşı keçirəcək. Oyun bazar günü Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.