Trendyol Super Liqasının 15-ci həftəsində MKE Ankaragücü öz meydanında "Çaykur Rizespor"u qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, MKE Ankaragücü Klubunun prezidenti Faruk Koca "Çaykur Rizespor" matçının final fitindən sonra meydanda hakim Halil Umut Melərə yumruq zərbəsi endirib. Hücumdan sonra Halil Umut Melerin sol gözü göyərib.
Bu arada MKE Ankaragücü azarkeşləri prezidentləri Faruk Kocaya dəstək şüarları səsləndiriblər. Tribunadan meydana daxil olan azarkeşlər də olub. Azarkeşlərə təhlükəsizlik işçiləri müdaxilə edib.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi Halil Umut Meler matçın 50-ci dəqiqəsində MKE Ankaragücü klubunun futbolçusu Ali Soweni ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıb. Bu qərar tribunaların böyük reaksiyasına səbəb olub. “Çaykur Rizəspor” isə matçın son dəqiqəsində qol vuraraq 1 xal qazanıb. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Əfsanə
Manşet.az