Ronaldo bir ildə 50 qol vurması haqda

08:17 - 13 Dekabr 2023

Ronaldo bir ildə 50 qol vurması haqda

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo 2023-cü ildə 50-ci qolunu vurub.

 

Manset.az xəbər verir ki, 38 yaşlı hücumçu yubiley qoluna Kral kubokunun 1/4 finalında "Əl-Şabab"la oyunda (5:2) imza atıb. O, bununla bağlı sosial şəbəkə hesabında yazıb:

“Möhtəşəm qələbə və 2023-cü ildəki 50-ci hədəfimi elan etməkdən çox məmnunam. Bütün bunlar komanda yoldaşlarımın, azarkeşlərimin və ailəmin sarsılmaz dəstəyi sayəsindədir! Bu il daha bir neçə qol üçün vaxt var”.

Qeyd edək ki, Ronaldo 2023-cü ildə “Əl-Nəsr”in heyətində 40, Portuqaliya millisində isə 10 qol vurub. O, karyerasında 8-ci dəfədir ki, bir ildə 50 qol həddinə çatır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az