Bakıda yoxa çıxan kubok qaytarıldı, sonra...

00:03 - 13 Dekabr 2023

Bakıda yoxa çıxan kubok qaytarıldı, sonra...

2023-cü il mövsümünün sonunda Bakıda illik Formula 1 Qala mərasimi keçirilib və bu mərasimdə “Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton çempionatda üçüncü yerə görə xatirə heykəlciyi ilə təltif edilib.

 

Manset.az-ın məlumatına görə, daha sonra mərasimə qatılan fanatlardan birinə Hemiltonun mükafatı hədiyyə etməsi səbəbindən qalmaqal yaranıb və sonradan “Mercedes”in mətbuat xidməti bunu təkzib edib.

“Mototrsport”un köşə yazarı Conatan Noblenin sözlərinə görə , kubok Beynəlxalq Avtomobil Federasiyasının (FIA) nümayəndələri tərəfindən qəbul edilib və indi sahibinə göndərilmək üçün hazırlanır.

“Lyuis Hemiltonun üçüncü yer üçün aldığı kubokla bağlı maraqlı hekayə haqqında kiçik bir yeniləmə: o, indi yenidən FIA-nın əlindədir və “Mercedes”ə göndərildi”, – deyə Noble sosial mediada yazıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az