"Aşağı pillərələrə düşsək, səbəbi sırf transfer etməməyimiz olacaq" - Samir Abasov

07:45 - 24 Yanvar 2024

\"Aşağı pillərələrə düşsək, səbəbi sırf transfer etməməyimiz olacaq\" - Samir Abasov

"Gərgin və çətin oyun idi. Fasilədən sonra ilk oyun, Qəbələ səfəri.... Bura tez adaptasiya olmaq olmur. Əsas odur ki, yaxşı nəticə ilə qayıdırıq".

 

Manset.az  xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 19-cu turunun "Qəbələ"yə qalib gəldikləri oyunundan (1:0) sonra keçirilmiş mətbuat konfransında deyib. 

- Bu qələbə qarşıdakı matçlarımıza da təsir edəcək. Motivasiyanın yaxşı olması vacibdir. Qələbə bizə stimul verir. Yeni stadionumuzda azarkeşlərimizin daha çox olacağına inanıram. Futbolçulara təşəkkür edirəm.

- Abu Dossonu sizə aqressiv cavab verdiyi üçün əvəzlədiniz?

- Aqressiv cavab vermədi. Onun dəyişməyimin səbəbi oyunu idi. Onun daha ürəkli olmasını istəyirdim. Düşünürdüm ki, qarşısındakı oyunçudan daha üstün olar. Bütün futbolçular meydanda ürəyini qoymalıdır. Asan oyunlar olmayacaq. Özünüz görürsünüz ki, çempionat necə gərgin keçir. İntizamı qorumaq önəmli idi. Futbolçular da bunu düzgün etdilər.

- Transfer etməmisiniz. Komanda bunun əziyyətini çəkəcək?

- Çəkəcəyik. Aşağı pillərələrə düşsək, səbəbi sırf transfer etməməyimiz olacaq. Bu gün sistemi dəyişməyimin səbəbi də sırf heyətlə bağlıdır. Danışıq apardığımız oyunçular var. Amma hələ ki, onları gətirə bilməmişik.

- Hakimin rəqib qapısına verdiyi penalti ilə bağlı fikriniz necədir?

- Matçdan sonra rəqib oyunçudan soruşdum. Dedi ki, mən də görmədim epizodu. Öz futbolçumdan ona görə soruşmadım ki, xeyrimizə danışacaqdı. Mən də epizodu görməmişəm. Amma xoş olan odur ki, hakim dərhal qərar verdi, saatlarla VAR-a baxmadı.(presssport.az)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az