AFFA "Turan Tovuz" klubunu 3 min manat cərimələdi

18:20 - 25 Yanvar 2024

AFFA \"Turan Tovuz\" klubunu 3 min manat cərimələdi

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 3000 manat cərimələyib.

 

Manset.az-ın məlumatına görə, buna Tovuz təmsilçisinin "Kəpəz"ə 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın XIX turunun oyununda yaşananlar səbəb olub.

Klub azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, futbolçusu Faiq Hacıyevin birbaşa qırmızı vərəqə alması ucbatından 1500 manat ödəyəcək. Hacıyevə 1 oyun şərti olmaqla iki matçlıq cəza da kəsilib.

İntizam Komitəsi "Səbail" və "Sumqayıt"a 700 manat cərimə yazıb. Paytaxt klubunun 4 oyunçusu "Zirə" (0:0) ilə matçda, "gənclik şəhəri" təmsilçisinin eyni sayda üzvü "Qəbələ" (1:0) ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az