Ruslar Türkiyədə əlbəyaxa oldular

18:44 - 05 Fevral 2024

Ruslar Türkiyədə əlbəyaxa oldular

Rusiyanın “SKA-Xabarovsk” və “Çelyabinsk” klublarının futbolçuları arasında Türkiyədə təlim-məşq toplanışında baş tutan yoldaşlıq oyunundan sonra kütləvi dava düşüb.

 

Manset.az  xəbər verir ki, oyun 4:3 hesabı ilə “Çelyabinsk” komandasının xeyrinə başa çatıb. Final fitindən sonra əlbəyaxa dava düşüb. Hadisənin bir hissəsi matçın yayımına düşüb

“SKA-Xabarovsk”un oyunçularından biri “Çelyabinsk” klubundakı rəqibi ilə əlbəyaxa olub. Bundan sonra qalan oyunçular hesablaşma prosesinə qoşulublar. Dava başlayandan az sonra canlı yayım kəsilib.

Xatırladaq ki, “SKA-Xabarovsk” Birinci Liqada çıxış edir. “Çelyabinsk” isə İkinci Liqanın turnir cədvəlində dördüncü yerdədir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az