Azərbaycan milliləri Ermənistanla eyni qrupda

19:05 - 06 Fevral 2024

Azərbaycan milliləri Ermənistanla eyni qrupda

18 yaşlı oğlanlar arasında keçiriləcək basketbol üzrə Avropa çempionatında Azərbaycan yığmasının rəqibləri bəlli olub.

 

Manset.az  Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda C divizionunun  B qrupunda, Moldova, Ermənistan və Monako yığmalarına rəqib olacaq.

Qeyd edək ki, Avropa çempionatı 23-28 iyul Albaniyanın Elbasan şəhərində keçiriləcək.

Eyni tarixlərdə Azərbaycanın qızlardan ibarət U-18 millisi Kosovonun Priştina şəhərində  keçiriləcək Avropa çempionatının C divizionunun B qrupunda, Albaniya, Gürcüstan və Ermənistan yığmaları ilə üz-üzə gələcək.

9-14 iyulda Cəbəllütariqdə keçiriləcək Avropa çempionatında  Azərbaycanın 16 yaşadək qızlardan ibarət komandası da Ermənistanla eyni qrupda yer alıb. C divizionunun A qrupunda yarışacaq Azərbaycan yığması Gürcüstan, Ermənistan və Kipr seçmələri ilə qarşılaşacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az