“Turan Tovuz” yayda aldığı futbolçu ilə müqaviləni ləğv etdi

20:13 - 06 Fevral 2024

“Turan Tovuz” yayda aldığı futbolçu ilə müqaviləni ləğv etdi

"Turan Tovuz" futbolçusu Budaq Nəsirovla yolları ayırıb.

 

Manset.az  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. B.Nəsirov ötən ilin yayından "Turan Tovuz"un üzvü idi.

Qeyd edək ki, U-19 və  Azərbaycanın U-21 millilərində çıxış etmiş Nəsirov bir neçə gün əvvəl “Turan Tovuz-2”nin heyətində "Səbail-2" ilə qarşılaşma zamanı komanda yoldaşını vurduğuna görə qırmızı vərəqə ilə meydandan qovulmuşdu. AFFA İntizam Komitəsi isə onu 4 oyunluq cəzalandırıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az