"Arsenal" Partini satacaq

20:29 - 06 Fevral 2024

\"Arsenal\" Partini satacaq

Tomas Parti mövsümün sonunda "Arsenal"da ayrılacaq.

 

Manset.az  xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

London klubunun tez-tez zədələnən futbolçunu yayda satacağı bildirilib. Qanalı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi 4 oyun keçirib. Oktyabrda zədələnən futbolçu hələ də sıraya qoşulmayıb. 

Qeyd edək ki, Tomas Partinin “Arsenal”la müqaviləsi 2025-ci ilin yayında başa çatır. O, 2020-ci ildə "Atletiko"dan böyük ümidlərlə və 45 milyon avroya transfer edilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az