Dünən axşam Gaziantep FK-Fənərbaxça matçından əvvəl A Spor ekranlarında siqaret çəkərkən kameralara tuş gələn futbol şərhçisi Onur Yıldız yayılan görüntülərə açıqlıq gətirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mövzu ilə bağlı açıqlama verən Yıldız sosial mediada yer alan görüntülərin canlı yayımda gerçəkləşmədiyini bildirib.
Yıldız açıqlamasında “Beynəlxalq yayım üçün verilmiş peyk tezliyində qeyri-qanuni olaraq qeydə alınmış efirdən kənar görüntüdür. İdman izləyiciləri heç vaxt yayımda belə bir görüntünün şahidi olmayıblar” ifadələrini işlədib.
Əfsanı Rəcəb
Manşet.az