Əliyar Ağayev yenə Superliqaya dəvət aldı

14:55 - 09 Fevral 2024

Əliyar Ağayev yenə Superliqaya dəvət aldı

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasına dəvət alıb.

 

Manset.az xəbər verir ki, FİFA referisi fevralın 11-də keçiriləcək 22-ci turunun görüşünü idarə edəcək.

Belə ki, o, həmin gün baş tutacaq PAOK - AEK oyununda ədaləti qoruyacaq. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

Yerli Diamantopulos dördüncü hakim funksiyasını icra edəcək. Elçin Məsiyev isə VAR hakimi olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az