Türkiyədə mərkəzi Aydın, Kastamonu və Balıkəsir olan 12 şəhərdə eyni vaxtda keçirilən "Qəfəs-45" əməliyyatları keçirilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, eyni vaxtda keçirilən əməliyyatın təfərrüatlarını paylaşan daxili işlər naziri Əli Yerlikaya, aralarında təşkilat liderlərinin də olduğu 63 şübhəli şəxsin tutulduğunu açıqlayıb.
Aydında Teoman Avcı və Ferdi Kayhanlı, Kastamonuda Ömər Çınar və Balıkəsirdə Salih Babayiğitin başçılıq etdiyi 3 mütəşəkkil cinayətkar qrup məhv edilib.
Əməliyyatlar nəticəsində, 132 kredit kartı, 12 ədəd psterminal, 121 alqı-satqısı müqaviləsi, 2 milyon 685 min lirə məbləğində çek, sənəd və qəbz, tapança, ov tüfəngi, 14 ədəd boş çek və külli miqdarda türk lirəsi və çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib.