Azərbaycanda İnşaatçılar Günüdür - VİDEO

23:27 - 10 Aprel 2024

Azərbaycanda İnşaatçılar Günüdür - VİDEO

Artıq 15 ildir aprelin 10-u Azərbaycanda İnşaatçılar Günü kimi qeyd olunur.

 

Manset.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə inşaatçılar hər il aprelin 10-unu peşə bayramı kimi qeyd edirlər.

Bu gün inşaatçılar peşə bayramlarını azad, tam suveren və bütöv Azərbaycanın hər guşəsində fəxrlə qeyd edirlər. Azərbaycanın şanlı Ordusunun düşmənlə mübarizədə qazandığı Zəfərdən sonra Prezident İlham Əliyevin göstərişi ilə Qarabağ və Şərqi Zəngəzur hazırda başdan-başa nəhəng tikinti-abadlıq və quruculuq meydanına çevrilib.

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti 10 Aprel ilə bağlı xüsusi videorolik yayımlayıb.

"Bu gün işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri sürətlə gedir, zəruri infrastruktur yaradılır. Tikinti sektorunda gedən canlanmada və dinamik inkişafda əməyi olan peşə sahiblərini təbrik edirik! Bu quruculuqda istirakımızdan qürur hissi keçiririk!", - deyə videoya şərh verilib.

Həmin videonu təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az