Tovuzda maşın Kür çayına aşdı - 3 nəfər öldü

09:22 - 03 İyun 2024

Tovuzda maşın Kür çayına aşdı - 3 nəfər öldü

Ötən gecə Tovuzda ağır yol qəzası baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “VAZ-2107” markalı avtomobil körpüdən Kür çayına aşıb. Hadisə nəticəsində maşında olan 4 nəfərdən biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub.

Sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov suda boğularaq ölüb. Onların tapılması istiqamətində iş aparılır.

Avtomobildə olan şəxslərin rayonun Abulbəyli kənd sakini olmaları bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az