Xəbər verdiyimi kimi, iyunun 5-də keçirilən təlimlər zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nurəddin oğlu bədbəxt hadisə nəticəsində həlak olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Şəmkir şəhərində şəhidin vida mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin və hərbçinin xidmət etdiyi N saylı hərbi hissənin əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Şəhid Sənan Əhmədov rayon qəbristanlığında dəfn olunub.