“Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı qürur səhifələrindən biridir. Dövlət müstəqilliyimizin bərpa olunmasından sonra keçən ilk iki il ərzində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər getdikcə qarşısıalınmaz xaotik proseslərin başlanmasına yol açmışdı. Bu vəziyyət isə öz növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə kiçik marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi xalqı gözləyən real perspektivlər idi”.
Bu sözləri mətbuata 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat xatırladıb ki,belə bir ağır məqamda Azərbaycan xalqı yeganə düzgün qərar qəbul edərək öz taleyini Heydər Əliyevə etibar etdi. “ Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqının parçalanması, Azərbaycan dövlətçiliyinin məhvi, Azərbaycan iqtisadiyyatının dağılması proseslərini dayandırmağa nail oldu. Beləliklə, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ilə ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələyə keçid dövrü başlandı.”
K.Qafarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə dövlət müstəqilliyimizi gərgin səyləri bahasına qoruyub-saxladığı kimi, sovetlər dönəmində də bu müstəqilliyin ideoloji-siyasi əsaslarını hazırlamaq üçün uzun illər boyunca məqsədyönlü fəaliyyət göstərmişdir: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən işlər görülmüşdür. 1969-cu ilədək SSRİ-nin tərkibində ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya olan Azərbaycan həmin ilin iyul ayında- Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər nəticəsində sürətli inkişaf yoluna çıxdı. Ulu Öndər siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində mühüm addımlar atmağa başladı. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey ən ciddi faktor rolunu oynadı. Qeyd olunmalıdır ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri oldular. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.”
K.Qafarov bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin əsasında məhz Heydər Əliyev ideyalarının durduğunu da qeyd edib: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasət strategiyası Azərbaycanın getdikcə qüdrətlənməsini effektiv şəkildə təmin edir. Son 21 il ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, dünya ölkələri arasından tutduğu mövqeyinə və sahib olduğu nüfuzuna görə güclü, qüdrətli bir dövlətə çevrilib. Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində, dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. Keçən il isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Ulu Öndərin hər zaman məhz belə görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz xilaskar oğlunu daim qəlbində yaşadacaq” .
“Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib” - Kamaləddin Qafarov
11:46 - 15 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
23 Avqust 2026 - 23:26
Xalq artisti vəfat etdi - FOTO
24 Avqust 2026 - 00:00
Ferstappen Niderland Qran-prisində qəza
23 Avqust 2026 - 23:23
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
23 Avqust 2026 - 23:20
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub
23 Avqust 2026 - 22:29
Avropa birinciliyində 3 qızıl medal qazandı - Fotolar
23 Avqust 2026 - 18:38
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
23 Avqust 2026 - 18:05
İranda on milyardlarla dollar dəyərində KƏŞF
23 Avqust 2026 - 18:27
İsmayıllıda minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var
23 Avqust 2026 - 17:33
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi
23 Avqust 2026 - 17:44
Ukraynaya 9,2 milyard dollarlıq yardım AYRILACAQ
23 Avqust 2026 - 18:47
Yaponiyada daha bir güclü zəlzələ
23 Avqust 2026 - 23:43
Xətaidə yaşayış binasında yanğın SÖNDÜRÜLDÜ
Xəbər xətti
- 24 Avqust 2026
- 11:35 Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO
- 11:07 İlham Əliyev Zelenskini təbrik etdi
- 10:50 Hörmüz boğazında yeni qərar - Gəmilərdən ödəniş alınacaq
- 10:20 Dəhşətli torpaq sürüşməsi - 30 ölü, 22 yaralı
- 10:04 Məşhur şirkət 3 milyon avtomobili geri çağırdı
- 10:00 Kriptovalyuta dövlət nəfinə müsadirə edildi - Azərbaycanda ilk
- 09:44 60 yaşlı qadını maşınla vurub öldürdü
- 09:22 Bu ərazilərdə işıq olmayacaq
- 09:08 Tofiq Bakıxanovun vəfatı ilə bağlı NEKROLOQ
- 08:57 Həftənin ilk iş günü hansı yollarda tıxac var?
- 08:40 Xaricdə oxumaq istəyənlərin diqqətinə! — AÇIQLAMA
- 08:15 İşləyən şəxslərin pensiyaları yenidən hesablanacaq?
- 07:35 Universitetlər xarici dil müəllimliyində yerləri AZALDIR
- 07:00 Yaponiya bu hadisədən danışır
- 00:00 Ferstappen Niderland Qran-prisində qəza
- 23 Avqust 2026
- 23:56 Prezidentlərin təltifolunma mərasimi keçirildi - YENİLƏNDİ
- 23:43 Xətaidə yaşayış binasında yanğın SÖNDÜRÜLDÜ
- 23:34 Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
- 23:26 Xalq artisti vəfat etdi - FOTO
- 23:23 Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
- 23:20 Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub
- 23:07 "Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ başlayır" - Vüqar Rəhimzadə
- 22:52 Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - Fotolar
- 22:43 Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - Fotolar
- 22:38 Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
- 22:29 Avropa birinciliyində 3 qızıl medal qazandı - Fotolar
- 22:19 Naxçıvanda avtomobillər toqquşdu - Xəsarət alanlar var
- 21:43 Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - YENİLƏNDİ
- 21:30 Qızıl axtaranlar ziyarətgahı qazdı - Sümüklər tapıldı
- 21:22 "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"
- 21:20 “Şimal axını”nı Ukrayna partlatmayıb - Zelenski
- 21:08 “İlk yardım Özbəkistan tərəfindən göstərilib”
- 21:01 “Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
- 20:40 Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi oldu - YENİLƏNDİ
- 20:36 Prezidenlər Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında - VİDEO
- 20:19 Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
- 20:10 İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi
- 20:01 Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
- 19:44 Növbədənkənar parlament seçkilərində səsvermə başa çatdı - YENİLƏNDİ
- 19:32 Birinci xanımlar təkbətək görüşdü - FOTO
- 19:27 Hikmət Hacıyev Özbəkistandan paylaşım etdi- VİDEO
- 18:47 Yaponiyada daha bir güclü zəlzələ
- 18:38 Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
- 18:27 İsmayıllıda minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var
- 18:15 Azərbaycanın Özbəkistandakı layihələrinin açılış və təməlqoyma mərasimi oldu
- 18:05 İranda on milyardlarla dollar dəyərində KƏŞF
- 17:44 Ukraynaya 9,2 milyard dollarlıq yardım AYRILACAQ
- 17:33 İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi
- 17:22 “Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir”
- 17:18 “Xəzərdə Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”
- 17:10 Dövlət başçısı Özbəkistan Prezidentinə təşəkkür etdi