Balıq tutmaq istəyən kişi boğuldu

11:22 - 19 İyul 2024

Balıq tutmaq istəyən kişi boğuldu

Lənkəran sakini çayda boğulub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Kürə kənd sakini Elşad Panayevin meyiti Lənkəran çayının rayonun Velədi kəndindən keçən hissəsində aşkar edilib.

Məlumata görə, E.Panayev iyulun 14-də günorta saatlarında balıq tutmaq məqsədilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

O, uzun müddətdir epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Yaxın qohumları onun epilepsiya tutması ilə əlaqədar çayda boğulduğunu bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az