Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanmasını təsdiqləyib. İyulun 22-də isə Aİ-nin xarici işlər nazirləri Ermənistana hərbi yardımın ayrılması barədə qərarı təsdiq ediblər. Ölkəyə batalyon səviyyəli bir birlik üçün 10 milyon avro dəyərində modul tipli çadır düşərgəsi veriləcək. Satınalma Avropa Sülh Fondu tərəfindən maliyyələşdiriləcək. Qurumun xarici siyasət üzrə rəhbəri Cozep Borrell bu qərarı “Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mühüm addım” adlandırıb. Ermənistanın siyasi rəhbərliyi bu qərarı “böyük uğur”, “demokratik dəyərlərin təntənəsi” kimi qiymətləndirərkən, bu ölkənin bəzi uzaqgörən siyasətçiləri həyəcan təbili çalaraq onun ölkə üçün dağıdıcı nəticələrinin olacağını proqnozlaşdırırlar. Onların fikrincə, belə bir qərarın qəbulunda şübhəsiz ki, Aİ-nin Cənubi Qafqazda öz hərbi-siyasi təsirini genişləndirmək istiqamətində apardığı geosiyasi hesablamalar mühüm rol oynayıb. Çünki təcrübə göstərir ki, “Avropa Sülh Fondu” deyilən qurum heç də sülh, sabitlik və təhlükəsizlik təşkilatı olmayıb. O, müharibə, təxribat və qanlı toqquşmaları stimullaşdıran bir qurumdur, xüsusilə əgər qurumun xarici siyasət rəhbəri Cozep Borrelldirsə... Yəni, ermənilər adına sevinmək üçün çox erkəndir.
Bu sözləri Manset.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı söyləyib.
O bildirib ki, digər tərəfdən, viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanması heç də onun 3-5 günə, özü də uğurla yekunlaşması demək deyil. Xatırladaq ki, Gürcüstan-Aİ danışıqları 5 il, Moldova-Aİ danışıqları isə 3 ilə yaxın davam edib. Ukraynanın durumu isə göz qabağındadır. NATO-ya və Aİ-yə üzvlük naminə amansız müharibəyə sürüklənən bu ölkənin gələcəyi böyük bir sual altına düşüb. Ermənistanı belə bir taleyin gözləmədiyinə də heç kəs təminat verə bilməz. Daha bir vacib məqam ondan ibarətdir ki, viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan danışıqları uğurla nəticələnsə belə, bu, yaxın gələcəkdə ölkə üçün demoqrafik fəlakətlərə yol açacaq. Bundan sonra onsuz da əhali sayı barmaqla sayılacaq səviyyədə olan Ermənistanda, sözün tam mənasında, erməni qalmayacaq. Çünki milli mentalitetində “Vətən sevdası” olmayan bu etnosun təmsilçiləri tarix boyu “yaxşı həyat” istəyi ilə Argentinadan, Uruqvaydan, Hindistandan, Fransadan tutmuş Avropa, Amerika və Asiyanın bütün ölkələrinə səpələniblər. Hazırkı danışıqlar da şübhəsiz ki, həmin prosesi yalnız sürətləndirəcək.
“Nəhayət onu da qeyd edək ki, Aİ-nin “Ermənistan sevgisi”nin məqsədlərindən biri də Cənubi Qafqazdakı müharibə ocaqlarını yenidən alovlandırmaqdır. Belə ki, Azərbaycanla bu ölkə arasında davam edən sülh danışıqları bu prosesdən kənarda qalan Aİ-ni qətiyyən qane etmir. Qurum müxtəlif vasitələrlə, o cümlədən yağlı vədlər, humanitar, hərbi və kiçik maliyyə yardımları ilə Ermənistanı şirnikləndirərək, onu sülh prosesini pozmağa, revanşist hisslərə qapılmağa, yekunda isə yeni müharibə həvəsinə düşməyə vadar edir. Belə bir müharibənin Ermənistan üçün nələrə səbəb olacağı isə Aİ-nin vecinə deyil. Bundan əlavə, Ermənistanı üzvü olduğu hərbi-siyasi bloklardan, Rusiya ilə imzalanmış ikitərəfli və kollektiv müqavilələrdən çıxmağa məcbur edərək, Cənubi Qafqazda möhkəmlənməyə çalışan Qərb onu açıq-aşkar “yem” olaraq Rusiyanın önünə atır. Çünki bu gün Ermənistan Rusiyanın var olduğu yeganə Cənubi Qafqaz respublikasıdır. Onun Qərbdən gələn bu cür təhlükələrə laqeyd qalacağı heç də inandırıcı görünmür. Bizə isə yalnız Ermənistana “ağıllı olun” demək düşər”, - deyə Fərid Şahbazlı qeyd edib.
Avropa İttifaqı-Ermənistan danışıqları regiona və İrəvana nələr vəd edir? - RƏY
23:45 - 05 Avqust 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
21 Avqust 2026 - 15:05
“Bu fakt qürur hissi doğurur”
21 Avqust 2026 - 13:30
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21 Avqust 2026 - 13:57
İlham Əliyev Özbəkistanın azad edilmiş ərazilərə dəstəyini yüksək qiymətləndirib
21 Avqust 2026 - 09:26
Uşağı məktəbə yola salmaq neçəyə başa gəlir? - QİYMƏTLƏR
21 Avqust 2026 - 17:44
Anar Nəcəfliyə yeni vəzifə verildi
21 Avqust 2026 - 10:13
"Green Card" uddu - Rəhbər vəzifəsindən getdi
21 Avqust 2026 - 22:46
Cənubi Qafqazla Mərkəzi Asiya arasında körpü - Azərbaycan-Özbəkistan müttəfiqliyi
21 Avqust 2026 - 11:52
Vüsal Nəsirli onu rəhbər təyin etdi
21 Avqust 2026 - 21:32
Göyçayda avtomobil aşdı - Yaralılar var
21 Avqust 2026 - 14:22
“Bu, son beş ildə yeddinci səfərimdir”
21 Avqust 2026 - 11:51
ABŞ-də dəhşətli təyyarə qəzası - Sağ qalan olmadı
21 Avqust 2026 - 08:30
Darçınlı qəhvənin faydası və zərəri - Xəbərdarlıq
Xəbər xətti
- 22 Avqust 2026
- 01:30 Avqust ayında bu meyvələri yemək faydalıdır
- 00:30 "Mançester Yunayted"dən 75 milyon avroluq transfer gəlir
- 21 Avqust 2026
- 23:56 Nardaranda gənc oğlan qarajda ölü tapıldı
- 23:49 Gəncədə boğularaq öldürülən qadının FOTOSU
- 23:31 Ronaldu karyerasının 977-ci qolunu vurdu
- 23:12 İmişlidə maşın piyadanı vurdu
- 22:46 Cənubi Qafqazla Mərkəzi Asiya arasında körpü - Azərbaycan-Özbəkistan müttəfiqliyi
- 22:33 Oman və İranın XİN rəhbərləri Hörmüzdəki vəziyyəti müzakirə etdilər
- 22:15 Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
- 21:51 Rusiyanın Ukraynaya hücumunda ölənlərin sayı ARTDI
- 21:32 Göyçayda avtomobil aşdı - Yaralılar var
- 21:16 Təbiətə 80 min manatdan çox ziyan vurdular
- 20:54 "Barselona" De Yonqa qiymət qoydu
- 20:39 Türkiyədə mədəndə uçqun - Ölən və yaralılar var
- 20:24 Gəncədə 65 yaşlı kişi öldürüldü
- 20:00 Gənc qız sirkə turşusundan zəhərləndi
- 19:44 MİQ-in müsahibə mərhələsi bu tarixdən başlayır
- 19:23 Bu küçələrdə təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
- 19:03 Gəncədə 49 yaşlı qadın öldürüldü - Oğlu şübhəlidir
- 18:42 Ukraynada ticarət mərkəzinə zərbə endirildi - Ölənlər var
- 18:24 Xocavənddə traktor minaya düşdü - Sürücü yaralandı
- 18:12 Hazırda 24 yolda tıxac var - SİYAHI
- 17:44 Anar Nəcəfliyə yeni vəzifə verildi
- 17:38 Məktəbli formaları ilə bağlı valideynlərə ÇAĞIRIŞ
- 17:38 Almaniya kansleri Merts yoxa çıxdı
- 17:28 Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə görüşdü - FOTOLAR
- 17:23 Hamilə arvadını tüfənglə öldürdü - Körpə sağ qaldı
- 17:16 Yaponiyada 5 nəfərin ölümünə səbəb olan məhbus edam edildi
- 17:07 Türkiyədən Netanyahu ilə bağlı qırmızı bülleten tələbi
- 16:37 Marsın peyki Deimosun sirri açıldı - Nəhəng asteroid toqquşması hər şeyi dəyişdi
- 16:32 Seyran Hüseynova general-mayor rütbəsi verildi
- 16:24 74 gün sonra geri döndü
- 16:11 Pezeşkiandan "Savaş bitməlidir!" çağırışı
- 16:08 Sərhəd-keçid məntəqələrində 894 yük maşını gözləyir
- 16:03 Restoranda güclü yanğın çıxdı
- 16:00 Xətaidə tam təmirli mənzil almaq istəyənlər üçün hansı seçimlər var?
- 15:50 Prezident Türkmənistanla bu sənədləri təsdiqlədi
- 15:45 Güclü tayfunda 159 nəfər həlak oldu
- 15:28 Birbank-ın Sahibkar və Biznes kartları ilə ödənişləri limitsiz qəbul edin - 5 limitlə işləriniz dayanmasın
- 15:16 Avtomobil piyadanı vuraraq öldürdü
- 15:05 “Bu fakt qürur hissi doğurur”
- 15:05 Ebola virusu sürətlənir - Ölənlərin sayı 2500-ü keçdi
- 15:00 Mabel Matizle bağlı qərar verildi
- 14:34 Qızıla pul yatırmağa dəyər? - Bu yolla daha çox qazana bilərsiniz
- 14:22 “Bu, son beş ildə yeddinci səfərimdir”
- 14:20 Kiberpolis əməliyyat keçirdi - Elcan Cəfərov saxlanıldı
- 14:12 "Azərbaycanın həm siyasi, həm iqtisadi imkanları regionda böyük fərq yaradır"
- 13:57 İlham Əliyev Özbəkistanın azad edilmiş ərazilərə dəstəyini yüksək qiymətləndirib
- 13:45 DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edir
- 13:30 İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
- 13:00 “Azərbaycanın Ukraynayaya dəstəyini səmimi qəlbdən alqışlayıram”