Tunellərin təmizlənməsi işləri davam etdirilir - VİDEO/FOTO

16:35 - 21 Avqust 2024

Tunellərin təmizlənməsi işləri davam etdirilir - VİDEO/FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri və tunel daxili yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.


Manset.az xəbər verir ki, hazırda bu çərçivədə təmizlik işləri  “Qələbə" meydanında (Atatürk prospektindən-Vaqif prospekti istiqamətində) yerləşən tunel tipli yol qovşağında aparılır.

Sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, məhəccərlər, yan divarları, tuneldaxili yol nişanları, işıq əksetdiricilər, əyrixətli dəmir tirlər və bardür hissələri xüsusi təyinatlı maşınlar və xüsusi təmizləyici məhlullar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.

Sadalanan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Sürücülərdən xahiş olunur ki, iş aparılan ərazilərdə diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az