Azərbaycan sakinlərinin 80 faizi ölkədə cinayətkarlıqla mübarizənin səviyyəsindən razıdır.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu SWG analitik agentliyinin Azərbaycanda parlament seçkiləri ərəfəsində apardığı sosial araşdırmada deyilir.
“Respondentlərin 80 faizi Azərbaycanda cinayətkarlıqla mübarizənin səviyyəsindən razıdır, 60 faizə yaxını isə son dərəcə müsbət qiymət verib”, - sorğu məlumatlarından bildirilir.
Qeyd edək ki, 1981-ci ildə İtaliyanın Triest şəhərində yaradılmış SWG agentliyi bazarın, siyasətin və cəmiyyətin tendensiyalarını və dinamikasını təhlil edən bazar icmalları, ictimai rəy və institusional qrup sorğuları, sənaye araşdırmaları və monitorinq mərkəzləri hazırlayır və dərc edir.
Qeyd edək ki, prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.