Sentyabrın ilk günü hava necə olacaq?

12:16 - 31 Avqust 2024

Sentyabrın ilk günü hava necə olacaq?

Azərbaycan ərazisində sentyabrın 1-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26°, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 33-38°, dağlarda gecə 12-17°, gündüz 21-26° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az