Artıq bir müddətdir ki, ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.
GPON (Gigabit Passive Optical Network-Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Yeni tariflər ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Belə ki, sosial şəbəkələrdə bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alıb. Moderator.az-a daxil olan şikayətlərin əksəriyəti də bu və internetin sürətinin artmaması ilə bağlıdır. Şikayətçilər iddia edirlər ki, internetlə bağlı tariflər artsa da sürət dəyişməz qalır. vakansiyalar
Manset.az Moderator.az-a istinadən xəbər verir ki, “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, bu problemlə bağlı istehlakçılar ona da müraciət edib.
“İnternetin qiymətinin artıb, sürətinin sabit qalması, artmaması ilə bağlı hər gün “Azad İstehlakçılar Birliyi” nə də telefon zəngi daxil olur. Bu, birmənalı şəkildə istehlakçı hüquqlarının pozulmasıdır. Dövlətin apardığı rəqəmsallaşdırma siyasətinə zidd bir addımdır. Çox təəssüflər olsun ki, internet provayderləri istehlakçıları soyur, aldadır, müqavilə şərtlərinə əməl etmirlər. İnternet provayderləri çox da böyük olmayan bir qrup adamlarındır. Görünür onların öz aralarında bir sövdələşmələri var ki, hamımız istehlakçıları aldadaq. Düşünürəm ki, hökümət buna ciddi reaksiya verməlidir. Bu sahədə problemləri olan insanlar 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə şikayətlərini bildirə bilərlər”, - deyə o bildirib.
Eyyub Hüseynov bildirib ki, internetin qiymətinin artması ilə bağlı olaraq hər bir istehlakçıya sərbəst seçim hüququ verilməlidir:
“Qiymətin artması onunla bağlı idi ki, vəd vermişdilər ki, yüksək sürətli internet verəcəkdilər. İstehlakçı-istehsalçı hüququ var. Gərək elə olmasın. İstehlakçı interneti hansı tezlikdə sürətdə istəsə istifadə edə bilər. İmkan verilməlidir ki, istehlakçı seçim hüququndan istifadə edə bilsin. Bunu vermədilər. İnzibati üsulla istehlakçıya eyni rüşvət vermək istəyirdilər. Düşünürəm ki, bu istehlakçı hüquqlarının pozulmasıdır. Əslində bu adla ediblər, amma vermirlər. İstehlakçı hüquqlarının pozulmasını qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. “İstehlakçıların hüquqlarının qorunması” haqqında qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bəri bazar, həyat dəyişib, rəqəmsal satış, ticarət əmələ gəlib və s. Qanunlarsa dəyişməz qalıb, köhnəlib. Qanunu yerinə yetirən dövlət orqanı ötən həftə cənab prezidentin fərmanı ilə agentliyə çevrildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti, indi Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyi oldu. Gözləyirik ki, bu qurum daha rasional, yaxşı işləyəcək. Çünki İqtisadiyyat Nazirliyinin əsas məqsədi biznesin inkişafı idi. İstehlakçı hüquq qorumaqla biznesin inkişafı bir-birinə təzad təşkil edirdi. Ona görə də gözləyirik ki, burada böyük kadr dəyişikliyi olacaq. Yeni kadrlarla istehlakçı hüquqlarının mükəmməl qorunmasını gözləyirik”.
“İnternet provayderləri əhalini aldadır...” - AÇIQLAMA
19:46 - 08 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 May 2026 - 20:34
"Space" TV-də Vado Korovinin daha 2 yaxın kadrı işdən çıxarıldı - FOTO
15 May 2026 - 11:03
Azərbaycanın nəqliyyat sistemində İLK
15 May 2026 - 09:50
Makronun Ermənistan “planı” - Cənubi Qafqazda yeni geosiyasi oyun?
14 May 2026 - 22:17
Sabah bu rayonlarda qaz kəsiləcək - XƏBƏRDARLIQ
15 May 2026 - 01:30
Gecə yatmazdan əvvəl nə içmək mədəyə faydalıdır?
14 May 2026 - 23:29
Nazir Elvin Məmmədova vəzifə verdi
15 May 2026 - 12:13
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
15 May 2026 - 01:26
Təmsilçimiz "Avroviziya - 2026"nın finalına çıxa bilmədi - VİDEO - YENİLƏNİB
14 May 2026 - 21:16
“McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
14 May 2026 - 20:16
Güləşçimiz Xədicə Qurbanzadə gümüş medal qazandı
14 May 2026 - 23:43
Vado Korovinin kürəkəni də işdən çıxarıldı
15 May 2026 - 00:30
Baş məşqçi futbolçudan üzr istədi
Xəbər xətti
- 15 May 2026
- 19:51 Təbiətə 124 min manata yaxın ziyan vuruldu
- 19:34 Bayram namazının vaxtı AÇIQLANDI
- 19:16 WUF13 nəqliyyat sistemi fəaliyyətə başladı
- 18:58 Bakı-Ələt yolu hazırda - FOTO/VİDEO
- 18:46 WUF13 üçün onlayn qeydiyyat başa çatdı
- 18:31 "Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf platformasıdır"
- 18:23 Hazırda 16 yolda tıxac var - SİYAHI
- 18:17 Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - VİDEO
- 18:09 İlham Əliyev Zirvə görüşündə iştirak etdi - FOTOLAR - YENİLƏNİB
- 17:41 WUF13 könüllüləri qatarlardan ödənişsiz istifadə edəcəklər
- 17:15 Misir bu tarixdən elektron viza rejiminə keçir
- 17:09 Uşaq həkimi 130 azyaşlıya qarşı cinsi istismar törətdi
- 17:07 İmtahanların nəticələri elan edildi
- 16:53 "ABŞ İrana 2026 Dünya Kuboku üçün viza verməyib" - İran
- 16:34 İdris İsayev beynəlxalq konfransın açılışında çıxış etdi - FOTOLAR
- 16:30 "Bu gün mədəniyyətimiz qalib Azərbaycan milli kimliyinə xidmət edir"
- 16:26 Hindistanda dəhşətli fırtına - Ölənlərin sayı 100-ə çatdı
- 16:23 Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
- 16:18 "Hərbi yol həll yolu deyil" - İran Xarici İşlər Naziri
- 16:17 Azərbaycanda yeni mühüm muzey yaradılır - Rəsmi açıqlandı
- 16:12 Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- 16:12 Ərdoğan Türk dünyasına ÇAĞIRIŞ ETDİ
- 16:04 Zaur Mikayılov Naftalanda vətəndaşlarla görüşdü - FOTOLAR
- 15:55 Yeni yayılan viruslar Azərbaycana bu yolla gələ bilər - Sensasion AÇIQLAMA
- 15:54 Yasamalda konfrans keçirildi - FOTOLAR
- 15:48 Prezidentlə həmkarları təməlqoyma mərasimində - FOTOLAR
- 15:47 Rəşad İsmayılov Laçında vətəndaşları qəbul etdi
- 15:30 "Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir"
- 15:09 Muzeylərdə "açıq qapı" günü elan olunur
- 14:41 Rusiyadan "qiyamət raketi" həmləsi - Tarix verildi
- 14:27 Prezident Türküstanda bir sıra mədəni məkanlarla tanış oldu - FOTOLAR
- 14:17 Hikmət Əlizadə kliniki ölüm keçirdi - FOTO
- 14:11 "Kristal"dan aylıq 420 AZN-dən başlayan ipoteka imkanı!
- 13:43 "Çelsi" "Barselona"nın arzusunu gözündə qoydu
- 13:20 Bakıdakı çimərliklər mövsümə hazırdır
- 13:10 Bu hadisə bütün dünyaya təsir edəcək - Tarix bəlli oldu
- 13:00 Sabah bəzi ərazilərdə yağış yağacaq - PROQNOZ
- 12:45 WUF13 zamanı bu şəxslər üçün nəqliyyat pulsuz olacaq
- 12:29 İlham Əliyev Qazaxıstana getdi - FOTOLAR
- 12:19 Binəqədinin bəzi ərazilərində fasiləsiz su rejimi tətbiq olundu - VİDEO
- 12:13 Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
- 12:01 9 yaşlı uşaq ayağından tüfənglə vuruldu
- 11:45 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 11:23 Bu yollarda diqqətli olun - DYP-dən XƏBƏRDARLIQ
- 11:03 Azərbaycanın nəqliyyat sistemində İLK
- 10:59 “Hamı istəyir ki, metro evinin yanında olsun” - Metropoliten sədri
- 10:55 Onun haqqında məlumat verənə 200 min dollar veriləcək
- 10:36 "Şi ilə bir çox məsələləri həll etdik" - TRAMP
- 10:30 Nazir onu rəis müavini təyin etdi - FOTO
- 10:25 Finlandiyanın hava limanında dron həyəcanı - Uçuşlar dayandırıldı
- 10:22 Bakı metrosunun qrafikində dəyişiklik olacaq