"Son illər Xəzər dənizində çirklənmə müşahidə olunmur" - İdarə rəisi

12:53 - 21 Sentyabr 2024

\"Son illər Xəzər dənizində çirklənmə müşahidə olunmur\" - İdarə rəisi

Xəzər dənizində aparılan son monitorinqlərin nəticələrinə əsasən, dənizin suyunun kimyəvi tərkibində müsbət tendensiya müşahidə olunur.

 

Manset.az xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son illər Xəzər dənizində çirklənmə müşahidə olunmur, zoobentosların inkişafı mövsümə uyğun davam edir: "Çimərlik ərazilərdə qurulan modul tipli qurğular əsasən platformalarda, üzən vasitələrdə son texnologiyaların tətbiqi müsbət tendensiyalarla nəticələnir və dənizin suyunda təmizlənmə müşahidə olunur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az