Ronaldu "Əl-Nəsr"in şərikli sahibi olacaq

17:55 - 15 Yanvar 2025

Ronaldu \"Əl-Nəsr\"in şərikli sahibi olacaq

Portuqliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"lə müqavilə müddətini uzatdıqdan sonra klubun şərikli sahibi olacaq.

 

Manset.az xəbər verir ki, portuqaliyalı futbolçu klubun 5 faiz payına yiyələnəcək.

39 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzadılacağı və bu anlaşmadan 200 milyon avro qazanacağı bildirilir. Futbolçunun hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.

Qeyd edək ki, K.Ronaldu 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 90 matçda 81 qol vurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az