Atçılıq Federasiyasına yeni baş katib seçildi

17:46 - 17 Yanvar 2025

Atçılıq Federasiyasına yeni baş katib seçildi

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) yeni baş katibi bəlli olub.


Manset.az xəbər verir ki, bu barədə qərar federasiyanın 2024-cü ilin yekunlarına həsr olunmuş tədbirində açıqlanıb.

Hazırkı baş katib Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasına prezident seçildiyinə görə, ARAF-ın yeni baş katibi vəzifəsinə yeganə namizəd olaraq Emil Seyidov irəli sürülüb.

Səsvermənin nəticələrinə əsasən, E.Seyidov ARAF-ın yeni baş katibi seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az