Abdolbari Gozalin dəfn yeri bəlli oldu

10:44 - 19 Yanvar 2025

Abdolbari Gozalin dəfn yeri bəlli oldu

Xəbər verdiyimiz kimi, ötən gün “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gozal vəfat edib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 76 yaşında Dubayda dünyasını dəyişən tanınmış iş adamının dəfn mərasimi də elə bu şəhərdə təşkil olunacaq. Mərhumun dəfn mərasimi bu gün sübh namazından sonra planlaşdırılmışdı.

Abdolbari Gozalin Bakıda da yas mərasimləri nəzərdə tutulub.

Qeyd edək ki, Gozal ailəsi Bakı ilə yanaşı, Dubayda da yaşayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az