İmişlidəki qəzada xəsarət alan məktəblinin vəziyyəti ağırdır

17:52 - 21 Yanvar 2025

İmişlidəki qəzada xəsarət alan məktəblinin vəziyyəti ağırdır

İmişli rayonu Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alaraq Yeni Klinikaya yerləşdirilən bir məktəblinin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

Bu barədə Manset.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xəstənin müalicəsi travmatoloq və neyrocərrah konsultasiyaları ilə davam etdirilir. Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs və yüksək inotrop dəstəyi alır.

Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş vermiş qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az