Azərbaycanda ov mövsümü açıq elan edildi

15:25 - 22 Yanvar 2025

Azərbaycanda ov mövsümü açıq elan edildi

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və 22 yanvar 2025-ci il tarixindən Azərbaycan Respublikası ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar verilib.


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Manset.az-a bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən ( https://eco.gov.az/az/nazirlik/elan?newsID=26029 )əldə edə bilərlər.

"Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüffatlarının sahələrindən istifadə etsinlər."


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az