Bu gün Azərbaycanda bələdiyyə seçkiləri KEÇİRİLƏCƏK

00:00 - 29 Yanvar 2025

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri KEÇİRİLƏCƏK

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermədir.

 

Manset.az xəbər verir ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiriləcək.

Bələdiyyə seçkiləri üçün məntəqələr yanvarın 29-u səhər saat 8:00-da açılır və səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Qeyd edək ki, seçki günü ölkədə qeyri-iş günü kimi təsbit edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az