Yeməklərin qızdırılması zamanı edilən bəzi səhvlər sağlamlıq üçün ciddi risk yarada bilər.
Manset.az-ın əldə etdiyi məlumata əsasən, mütəxəssislər gündəlik həyatda diqqət edilməli bir sıra vacib məqamları açıqlayıblar.
Tövsiyələrə görə:
-
Yeməkləri uzun müddət otaq temperaturunda saxlamaq olmaz.
-
Evə paketlə gətirilmiş düyü yeməkləri təkrar qızdırılmamalıdır.
-
Dondurulmuş toyuğu qaynar su ilə əritmək olmaz.
Yeməklər soyuducuya isti halda qoyulmamalıdır.
-
Dondurulmuş yeməklər bişirilməzdən əvvəl tam şəkildə əridilməlidir.
-
Qalmış düyü yeməkləri isə 24 saat ərzində istehlak olunmalıdır.