Plastik qablardan istifadə edərkən sağlamlığa zərər vurma risklərini minimuma endirmək üçün ehtiyat tədbirləri görmək və müəyyən edilmiş texniki qaydalara riayət etmək lazımdır.
Manset.az-ın xəbərinə görə, bu barədə “İzvestiya” qəzeti yazıb.
Plastik qablarla təmasda olan zaman qabların üzərindəki xüsusi işarələrə, xüsusən də qida plastikinin müvafiq nişanına - çəngəl və stəkan, vahid gömrük dövriyyəsi nişanı "EAC" və plastik növünü göstərən nömrə ilə Mobius döngəsinə diqqət yetirmək tövsiyə olunur. Onların mövcudluğu istifadənin təhlükəsizliyini göstərir.
Mütəxəssislərin fikrincə, xüsusilə plastik şüşələrdə şəffaflığın itirilməsi kimi deformasiya əlamətləri varsa, birdəfəlik qablardan təkrar istifadə etməmək də eyni dərəcədə vacibdir. Plastik butulkaları birbaşa günəş işığından uzaq saxlamaq tövsiyə olunur, həmçinin onları isti maye ilə doldurmaq tövsiyə edilmir.
Qeyd edilib ki, plastik hissəciklərin yığılması tez-tez qaraciyərdə, böyrəklərdə, sinir toxumasında problemlərə səbəb olur.
Yeganə