Əllərimiz gündəlik həyatımızda bir çox səthlərlə təmasda olur, nəticədə bakteriya və viruslar dərimizə keçir.
Manset.az-ın məlumatına görə, bu mikroblar əllərimizi təmizləmədən üzümüzə, yeməyimizə və ya digər insanlara toxunduğumuzda bədənimizə daxil olub, xəstəliklər yaradır.
Səhiyyə mütəxəssisləri bildirir ki, əllərin düzgün yuyulması xəstəliklərin qarşısını almağın ən təsirli yollarından biridir. Əllərinizi sabun və su ilə yumaq mikrobların bədəndən uzaq qalmasına kömək edir və xəstəliklərin 80%-ni önləyə bilər.
Sadəcə su ilə əlləri yaxalamaq kifayət deyil. Əllərinizi təmiz, axan su ilə isladıb, sabun istifadə edərək ən azı 20 saniyə boyunca hər bir hissəni diqqətlə təmizləməlisiniz. Buna əllərin arxası, barmaqların arası və dırnaqların altı kimi bölgələr daxildir.