Tacikistanın Danqara şəhərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində daha bir konsert proqramı baş tutub.
Manset.az xəbər verir ki, bu dəfə Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı rəngarəng musiqi proqramı ilə çıxış ediblər.
Konsertdən öncə Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Tacikistanın Danqara şəhərinin icra hakimiyyəti başçısı Sijoydin Salomzade çıxış ediblər.
Daha sonra Qədim Musiqi Alətləri Ansanblının konsert proqramı nümayiş edilib. Bir-birindən maraqlı musiqi nömrələri ilə zəngin musiqi kompozisiyası yerli tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.