Bioloji Müxtəlifliyin Qorunması Xidməti Azərbaycanda qəfəsdə saxlanılan Benji və Balu adlı ayıların Böyük Britaniyaya aparılması xəbərinə münasibət bildirib.
"Hazırda onların reabilitasiya prosesi davam edir. Bir neçə il öncə təbiətdən köməksiz vəziyyətdə tapılan yeni doğulmuş iki ayı balası Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinə yerləşdirilərək orada xüsusi qayğı və nəzarət altında saxlanılır. Avropada vəhşi heyvanların təbii instinktlərinin bərpası üzrə ixtisaslaşmış vəhşi heyvan sığınacağı tərəfindən bu ayıların təbii instinktlərinin təkmilləşdirilməsi üçün xaricə göndərilməsi istiqamətində danışıqlar aparılır", - deyə A.Babayeva qeyd edib.