Kiberdələduzluq internet və rəqəmsal platformalar
üzərindən həyata keçirilən, istifadəçiləri aldadaraq maliyyə və ya şəxsi
məlumatlarını ələ keçirmək məqsədi daşıyan fəaliyyətlərdir. Müasir dövrün
cinayət əməllərindən biri olan kiberdələduzluğun
üsulları olduqca çoxdur, xüsusən də sosial şəbəkələrdə. Kapital Bank hər kəsi
bu dələduzlq üsullarını bilməyə və diqqətli olmağa çağırır.
Saxta lotereyalar, oyunlar və
mükafatlar: Brendlər adına yaradılan saxta lotereya, kampaniya
səhifələri ilə sosisl şəbəkələrdə tez-tez rastlaşırıq. Bu səhifələrin
dizyanında brendin adı, loqosu, rəngləri təqlid edildiyindən istifadəçilər ani
diqqətsizliklə dələduzların toruna düşə bilirlər. Mükafat qazandığını və ya lotereyada oynamaq
şansı əldə etdiyini düşünənlər reklam edilən keçidə daxil olub kart məlumatlarını
qeyd edirlər. Daha sonra isə həmin kartlarda olan vəsaitlər mənimsənilir. Odur
ki, sosisl şəbəkələrdə qarşılaşılan reklamlara, səhifələrə olduqca diqqətli
yanaşmaq lazımdır. Bunun üçün həmin şirkətin təsdiq edilmiş sosial şəbəkə
hesablarına və ya veb-saytına baxmaq kifayətdir. Xüsusən qeyd etmək lazımdır
ki, bankların həyata keçirdiyi kampaniya və lotereyalar zamanı müştərilərdən
qeydiyyat tələb edilmir. Belə ki, bu zaman kampaniya və ya lotereyanın şərtlərinə
cavab verən istifadəçilər müştəri davranışlarına əsasən avtomatik olaraq
iştirak şansı qazanırlar. https://kbl.az/kbcf
Saxta iş təklifləri: Bu zaman iş
axtaran insanlara yüksək maaşlı, asan və ya evdən işləmək vədi ilə saxta iş
təklifləri olunur və onlardan CV-ləri, şəxsi məlumatları, bəzənsə ilkin ödəniş
tələb edilir. Bu, həm şəxsi
məlumatları toplamaq, həm də qarşı tərəfi inandırmaq məqsədi daşıyır. İlk əlaqəyə
keçdikdən sonra namizədlərə tapşırıq məqsədi ilə layihə göndərilir. Dələduzlar
həmin faylla birgə hədəf şəxsin kompüterinə və ya mobil cihazına gizli kodları
özündə daşıyan zərərli proqramlar yükləyirlər. Kodlar cihaza sahibinin xəbəri
olmadan uzaqdan nəzarət etmək imkanı verir. Əsas məqsəd qurbanın brauzerindəki
hesablardan şəxsi məlumatları oğurlamaqdır. Bu səbəbdən də şübhəli iş təkliflərinə
qarşı diqqətli olmaq vacibdir.
Ani diqqətsizlik hər kəsi kiberdəluzluğun qurbanına
çevirə bilər. Odur ki, hər kəs real həyatda şəxsi təhlükəsizliyini qoruduğu
kimi rəqəmsal dünyada da özünü qorumalıdır. Bunun üçün şəxsi
məlumatları, kartın
üzərindəki CVV/CVC kodu, sms vasitəsilə göndərilən 4 rəqəmli OTP kodu, kartın
PIN kodunu, şəxsiyyət vəsiqəsinin FİN nömrəsini üçüncü şəxslərə verməmək,
banklar adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam
mətnlərinə inanmamaq lazımdır. Kiberdələduzlar
öz niyətlərini həyata keçirmək
üçün hipnoz, yalan, manipulyasiya kimi bir çox üsullardan istifadə edirlər.
Odur ki, hər kəsin bu mövzuda məlumatlı və diqqəli olması, eləcə də digər şəxsləri
də məlumatlandırması olduqca vacibdir.
Ölkənin birinci
bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial
şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı
sifarişi üçün — https://kbl.az/prcrc.