35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi

12:46 - 23 İyul 2025

35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi

Vətən müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazirliyində vəzifə verilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

M.Əhmədzadə Hərbi Polis İdarəsində şöbələrdən birinin rəis müavini kimi xidmətə başlayıb.

Qeyd edək ki, Mobil İlqar oğlu Əhmədzadə 1999-cu ildə Bakıda anadan olub. O, Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb və orada ayağı amputasiya olunub. Əhmədzadə 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az