Aparıcı Zümrüd Rüstəmli klinik psixoloq Şahin Əliyevlə bir araya gələrək cəmiyyət üçün olduqca aktual bir mövzunu - 40 yaş sindromunu müzakirə edib.
Manset.az xəbər verir ki, müsahibədə 40 yaş dövründə insan psixologiyasında baş verən dəyişikliklər, orta yaş böhranı və daxili tarazlıq mövzularına toxunulub.
Müsahibə zamanı psixoloq Şahin Əliyev 40 yaşın bir son yox, əksinə, yeni başlanğıc ola biləcəyini bildirib. Onun sözlərinə görə, bu yaş dövründə insanlar keçmişi yenidən qiymətləndirir, gələcəyə dair gözləntilərini və prioritetlərini dəyişməyə başlayırlar.
Psixoloqun diqqət çəkdiyi maraqlı nüanslardan biri də uşaqlıq dövrü ilə bağlı idi. O bildirib ki, bir çox hallarda insanın 40 yaşa münasibəti onun uşaqlıq illərində ad günlərini necə yaşadığı ilə sıx bağlıdır. Psixoloqun sözlərinə görə, insanın 40 yaşa yanaşması çox zaman uşaqlıqda ad günlərinə necə münasibət göstərməsi ilə bağlıdır. Əgər bir şəxs uşaqlıqda ad günlərini sevinc və həyəcanla, doğmalarının əhatəsində keçiribsə, 40 və 50 yaşını da eyni coşqu ilə qarşılayır. Lakin əgər uşaq vaxtı ad günləri soyuq atmosferdə, sevilmədiyini hiss edərək və ya “kaş doğulmayaydım” kimi duyğularla qeyd edilibsə, həmin insan böyüyəndə də bu günü qeyd etmək istəmir, ad günlərini sevmir və yaş almaq onun üçün narahatlıq yaradır.
Sözügedən müsahibəni təqdim edirik: